Qubada 15 saylı körpələr evi-uşaq bağçasının təmirə ehtiyacı var. Bu barədə ShimalNews-a 24 noyabr tarixində məlumat daxil olub.
Bağça Zərdabi qəsəbəsində yerləşir. Əldə etdiyimiz məlumata əsasən, hazırda bina istifadəyə yararsız olduğu üçün, bağça öz fəaliyyətini burada yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqların internat məktəbinin binasında davam etdirir.
Cari tədris ilində qəsəbədəki məktəb binasının yenidən inşa olunması ilə əlaqədar olaraq, təhsil müvəqqəti bağçanın binasında davam etdirilmişdir. Həmin məktəb istifadəyə verildikdən sonra bağça binası boşaldılmışdır.