Qubanın Dağlı kəndində səyyar vaksinasiya keçiriləcək. Bu barədə ShimalNews-a 24 noyabr tarixində məlumat daxil olub.

27 noyabrda COVİD-19 əleyhinə səyyar peyvənd olunma təşkil olunacaq. Tədbir saat 9:00-dan 13:00-dək kənd orta məktəbində keçiriləcək.

Yararlanmaq istəyən sakinlər, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaları xahiş olunub.

Daha öncə, Qubanın Alekseyevka kəndində koronovirusa infeksiyasına qarşı keçirilən tədbir haqqında məlumat vermişdik.