Şimal bölgəsində alma ağaclarının budanmasına start verilib. Bu barədə ShimalNews-a 24 noyabr tarixində məlumat daxil olub.
Ağacların yarpaqları artıq saralıb tökülür. Növbəti ildə məhsuldarlığın yüksək olması üçün alma ağaclarının budanması və çətirinin aşağı salınması vacib hesab edilir.
Aqrotexniki tədbirlər zamanı xəstə, quru, qurumaqda olan və həşəratlarla əhatələnmiş budaqlar kəsilir. Bununla ağac cavanlaşır, çətiri formalaşır, günəş şüalarının düzgün düşməsi təmin olunur. Bu proses erkən yaz dövrünə qədər davam edir.
Təkrar formavermə (budama) 3 ildən, alma ağacları məhsula düşdükdən sonra yenidən aparılmalıdır.