Xaçmaz rayonunda sürücülər təhlükə ilə üz-üzə qalıb. Bu barədə ShimalNews-a 23 noyabr tarixində məlumat daxil olub.

Xaçmaz – Quba istiqamətində, Hacıəlibəy kəndinə yaxın yolun hərəkət hissəsini üzərinə qurumuş ağac əyilib. Buna səbəb bir müddət öncə güclü küləklərin əsməsi olub.

“İstənilən an yolun hərəkət hissəsinə ağac aşa bilər. Yaxın zamanda baş verməsədə qarlı havada ehtimal artacaq. Bununla qəza və ya digər təhlükəli hadisə baş verəcək. Bu vəziyyət axırıncı qeyri sabit hava şəraitindən sonra yaranıb”,- sakin bildirib.