Xaçmaz “Tarix diyarşünaslıq muzeyi”nin direktorunun fəaliyyəti dəyərləndirilib. Bu barədə 23 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin (XRMİ) rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Pakizə Mehdiyeva noyabrın 22-si hədiyyələr və XRMİ-nin fəxri fərmanı ilə təltif edilib.Tədbir onun 50 illik yubileyi və mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ilə əlagədar keçirilib.

“Pakizə xanım 30 ildən çoxdur ki, muzey sahəsində çalışır və çalışdığı müddətdə öz işinə daim məsuliyyət və vicdanla yanaşmışdır”,- təqdimatı keçirən idarəsi rəisi Vüsal Hüseynov bildirib.