Xaçmaz və Quba rayonlarında ictimai iaşə obyektində monitorinq keçirib. Bu barədə ShimalNews-a 23 noyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) səhifəsinə istinadən məlumat veririk.
Yoxlama AQTA tərəfindən aparılıb. Monitorinq zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub.
Bunlar aşağıda qeyd olunan müəssələrdir:
- Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən “Fazenda” restoranı;
- Quba rayonu, Vladimirovka kəndində yerləşən “Fayton” kafesi;
- Quba rayonu, İkinci Nügədi kəndində yerləşən, “Saf Catering Macara” MMC-yə məxsus restoran.