Qusarda “Fərqində ol!” adlı layihə keçirilib. Bu barədə ShimalNews-a 23 noyabr tarixində Qusar Gəncləri Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Burada çıxış edən psixoloq Albina Ömərova gənclərə Daun sindromu haqqında məlumat verib. Daha sonra gənclər “Where Hope Grows” adlı filmi izləyiblər. Film həyatı bitmiş, alkoqol aludəçisinə çevrilmiş bir beysbolçunun həyatını səmimi, dürüst və ünsiyyətçil tərəvəz satıcısı Daun sindromlu bir insanın necə dəyişdirdiyindən bəhs edib.

Qeyd edək ki, hər il 21 mart Daun sindromu Fərqindəlik Günü kimi qeyd olunur.