Qusar gəncləri “Könüllü fotoqraf” adlı fotomüsabiqədə iştirak edə bilərlər. Bu barədə ShimalNews-a 23 noyabr tarixində Qusar Gəncləri Instagram səhifəsinə istinadən məlumat verir.

Gənclər rayonu tanıtmaq, öz bacarıqlarını nümayiş etdirmək üçun bu fürsətdən yararlana bilərlər. Bunun üçün çəkdikləri fotoları e-mail ünvanına ([email protected]) ad, soyad və əlaqə nömrəsi ilə birgə göndərərək iştirak edə bilərlər.

25 noyabra qədər davam edəcək müsabiqənin şərtləri aşağıdakılardır:

  • Yalnız öz mobil telefonunuz və ya fotoaparatla çəkdiyiniz fotolarla qatılmaq mümkündür;
  • Fotolar rayonunun müxtəlif məkanları və gündəlik həyat tərzini əks etdirməlidir;
  • Hər iştirakçı yalnız bir foto ilə müsabiqəyə qoşula bilər;
  • Müsabiqədə iştirak edən gənclər səhifəmizi izləməlidir;
  • Yalnız 14-29 yaş arası gənclər iştirak edə bilər.

Fotolar şərtlərə uyğun olduğu təqdirdə Instaqram səhifəsində paylaşılacaq və səsverməyə qoyulacaq. Ən çox bəyənmə və şərh alan fotonun sahibinə hədiyyə təqdim olunacaq.

Müraciət üçün son tarix 29 noyabrdır.