Qubada 3 avtomobilin iştiraki ilə zəncirvari qəza baş verib. Bu barədə ShimalNews-a 23 noyabr tarixində məlumat daxil olub.
Hadisə Heydər Əliyev prospektində saat 17:15 radələrində qeydə alınıb. Ağ rəngli “VAZ-2107”, “Renault” və “VAZ-2106” markalı avtomobillər toqquşub.
Əraziyə yol polis əməkdaşları cəlb olunub. Qəza zamanı xəsarət alan olmayıb.
Daha öncə, Qubada baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat vermişdik.
