Qubada narkotacir saxlanılıb. Bu barədə ShimalNews-a 23 noyabr tarixində məlumat daxil olub.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Nəticədə noyabrın 22-si axşam saatlarında şəhər sakini iş yerində saxlanılıb.
Baxış zamanı ümumi çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.
Daha öncə, Xaçmaz rayonunda 2 narkotacirin üzərində xeyli miqdarda narkotik vasitə aşkar olunması haqqında məlumat vermişdik.