Sabah Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçiriləcək. Bu barədə ShimalNews-a 23 noyabr tarixində məlumat daxil olub.

Mərasim şəhid Mehdi Murtuzovun doğma Alpan kəndində saat 11:00-da baş tutacaq. İlk öncə şəhidin məzarı ziyarət olunacaq. Daha sonra, Murtuzovun yaşadığı evində ehsan süfrəsi veriləcək. Burada dövlət qurumlarının nümayəndələri və Quba sakinlərinin iştirakı gözlənilir.

Mehdi 10 iyul 1997-ci ildə anadan olmuşdur. O, Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Mehdi ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.