Qubada orta məktəbdə istiliyin təminatı bərpa olunub. Bu barədə ShimalNews-a 23 noyabr tarixində məlumat daxil olub.

Alekseyevka kənd orta məktəbində 18 noyabr tarixində qazanxanada texniki nasazlıq yaranmışdır. Bu səbəbdən istiliyin və suyun verilməsində fasilə yaranmışdır.

Məlumata əsasən, müəllim kollekivinin səyi nəticəsində bu çətinlik 22 noyabr gecə saatlarından aradan qaldırılıb.