Qubalı məktəblilərin məktubları cavabsız qalmadı. Bu barədə ShimalNews-a 23 noyabr tarixində məlumat daxil olub.

Alekseyevka məktəbinin rus bölməsinin şagirləri Zəfər bayramında əsgərlərimizə məktublar yazıb göndərmişdilər. Hərbiçilərimiz balaca vətənpərvərlərimizi intizarda çox saxlamadılar.

Hər bir yazılan məktuba ayrı qayğı və diqqətlə cavab verilib. Bildirilib ki, ordumuz onların və bütövlüklə ölkəmizin qayğısında və müdafiəsinin keşiyində hər zaman duracaq.

“Qarabağ Azərbaycandır!” sözləri ilə məktublar zərflərdə möhürlənib.

Photo Shimal.News
Photo Shimal.News