Xudatda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 22 noyabr tarixində məlumat daxil olub.
O.Mirzəyev və Nizami küçələrinin kəsişməsində “VAZ 2106” və “Opel Astra” markalı minik avtomobilləri toqquşub. Hadisə 21 noyabr saat 19:00 radələrində qeydə alınıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub. Xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, yolun bu hissəsində daima avtomobillər qəza törədir.
Daha öncə, Xudat şəhərində “VAZ 2106” və YPX-nin avtomobillərinin toqquşması haqqında məlumat vermişdik.
