Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 22 noyabr tarixində məlumat verir.

Məhəmməd Əmin Rəsulzadə küçəsində “VAZ 2112” minik və “Ford Transit” yük avtomobilləri toqquşublar. Hadisə noyabrın 21-i, saat 14:45 radələrində qeydə alınıb. Nəticədə minik avtomobili yararsız hala düşüb.

Xəsarət alan olmayıb.

Daha öncə, Xaçmazın Həzi Aslanov küçəsində “Opel” və “VAZ” markalı minik avtomobilləri toqquşması haqqında məlumat vermişdik.