Xaçmazın Pirquluoba kəndində səyyar vaksinasiya keçiriləcək. Bu barədə 22 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Vaksinasiya noyabrın 23-də, kənd tibb məntəqəsində, saat 10:00 – 16:00 aralığında baş tutacaq. Burada həmçinin, Suduroba, Qoçaqlı, Həbibkənd kənd sakinləri COVİD-19 infeksiyasına qarşı peyvənd oluna bilərlər.

Daha öncə, Sərkərli kəndində səyyar vaksinasiyanın keçiriləcəyi haqqında məlumat vermişdik.