Xaçmazda Köhnə Xudat kənd kitabxana filialı tədbir keçirib. Bu barədə 22 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Bu gün “Qarabağ Azərbaycandır!” mövzusunda informasiya saatı keçirilib. Burada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Köhnə Xudat şəhidi haqqında məlumat verilib və vətənpərvərlik mövzusunda şeir oxunub. Yekunda iştirakçılara “Qarabağ Azərbaycandır!” kitab sərgisi nümayiş olunub.
Daha öncə, Xaçmaz rayon MKS-nin Qalağan kənd kitabxana filialında “Müstəqilliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilməsi haqqında məlumat vermişdik.