Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranıb. Bu barədə ShimalNews 22 noyabr tarixində Azəriqaz İB-nə istinadən məlumat verir.
“Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilib. Nəticədə qaz sızmaları aşkar olunub. Nasazlıqların aradan qaldırılması üçün saat 09:00-dan işlər başlanıb.
Mavi yanacaq təminatının bərpa olunma vaxtı qeyd olunmayıb.