Qusarda gitara kursunun dərsləri başlayıb. Bu barədə ShimalNews 22 noyabr tarixində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”-nin (GİKM) rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
“Heydər Əliyev Mərkəzi”nin 2-ci mərtəbəsində yerləşən nümayəndəlikdə ilk dərs baş tutub. İştirakçılar gitara ilə tanış olublar. Daha sonra, gənclərə bu musiqi alətinin tarixi haqqında məlumat verilib.
Daha öncə, bu dərslərin şəhid övladları üçün ödənişsiz keçiriləcəyi haqqında məlumat vermişdik.