Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 22 noyabr tarixində məlumat daxil olub.

Şəhidlər xiyabanı yaxınlığında “VAZ 2115” və “UAZ” markalı avtomobillər toqquşub. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. “VAZ” yararsız hala düşüb, sürücüsü yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb  “2115”-in yüksək sürətlə hərəkət etməsi olub.

Daha öncə, Qubada  “Mercedes” və “VAZ-2109” markalı minik avtomobillərinin toqquşması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News