Qudyalçay körpüsü Quba rayonu ərazisində yerləşir. XIX əsrdə Quba qəzasında 7 körpü olmuş, lakin onlardan yalnız “Tağlı körpü” adlanan tikili günümüzə qədər qorunub saxlanılıb. Onu həmçinin Tağlı körpü də adlandırırlar.

Körpü Qubanın mərkəzini Krasnaya Sloboda qəsəbəsi ilə birləşdirir. O, 1894-cü ildə  Rusiya İmperatoru III Aleksandr əmri ilə tikilmişdir. Bu körpünün inşasından əvvəl yerində 1851-ci ildə tikilmiş taxta bir körpü var idi. Lakin sonradan burada daha möhkəm, Qudyalçay körpüsü inşa olunmuşdur.

Qubanın Krasnaya Sloboda kəndindən olan Xananil Abramov “Qubanın dağ yəhudiləri” kitabında Qudyalçay çayı üzərindən keçən, Quba şəhərinin əsas və yəhudi hissələrini birləşdirən daş körpünün yerli əhali tərəfindən aktiv istifadə olunduöunu yazmışdır.

Qudyalçay körpüsü qırmızı kərpicdən inşa olmuşdur. 14 tağ dayaqlar üzərində dayanan körpünün bünövrəsi daşlardan hörülmüşdür.

Körpü 2013-cü ilin yanvarında bərpa edilmişdir. Bu körpü dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edilib. Hazırda Qudyalçay körpüsü əsasən piyadalar tərəfindən istifadə olunur.

 

Mənbələr:

  1. Fariz Xəlilli. Tarixi yerlər və abidələr 1-ci Beynalxalq Quba simpoziumu.
  2. Хананил Абрамов. “Горские евреи Кубы”. 2003 г.
  3. https://1news.az/society/20130108060134503.html?fullversion=1
  4. https://www.jartour.ru/info/kuba_dostopr.html
  5. https://web.archive.org/web/20180410081726/https://azerbaijan.travel/ru/place/96-arochnyj-most

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News