Quba-Bakı yolunda qəza baş verib. Bu barədə ShimalNews-a 22 noyabr tarixində məlumat daxil olub.

Rayonun Nərimanabad kəndi ərazisində, noyabrın 21-i “Mercedes” minik avtomobili “Ford” yük maşını ilə toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Şahidlərin sözlərinə görə, “Mercedes” toy karavanında hərəkət edirdi. Onun, qarşıdan gələn yük avtomobilin yoluna çıxması nəticəsində qəza baş verdi. Xoşbəxtçilikdən sərnişinlər xəsarət almayıb. Lakin nəqliyyat vasitəsi yararsız hala düşüb.

Photo Shimal.News
Photo Shimal.News