Region liqası çərçivəsində “Şahdağ” Quba FK səfərdə aktivinə 3 xal yazdırıb. Bu barədə ShimalNews 22 noyabr tarixində Region Liqasının Facebook səhifəsinə istinadən məlumat verir.
Komandamız Azərbaycan Milli komandasının keçmiş üzvü olan Cavid Hüseynovun komandası “Cəbrayıl” FK ilə qarşılaşıb.
Son 2 turda rəqiblərinin qapısından 31 top keçirən və əvəzində qol buraxmayan “Cəbrayıl” FK komandamız “Şahdağ” qarşısında aciz qalıb. 3 xalı 4 topla qazanan “Şahdağ” Quba FK əvəzində öz qapısında 1 top buraxıb.
3-cü turdan sonra komandamız məğlub olmadan 9 xalla liderdir.