Xaçmazın inzibati ərazilərində yeni yolun inşası aparılır. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.

Yalama-Xanoba istiqamətində yeni yolun çəkilməsi üçün 1 il ərzində hazırlıq işləri aparılırdı. Artıq asfalt salınması prosesi başlanıb.

İşçilərin sözlərinə görə, “Xanoba” gömrük postunda tikinti işləri yekunlaşan zamanı bu yolun hazır olacağı planlaşdırılır. Daha sonra, Yalamadan üzü Şirvanlı postu istiqamətində yol yenilənəcək.

Photo Shimal.News
Photo Shimal.News