Xaçmazlı məktəbli Bakıda mükafatlandırılıb. Bu barədə ShimalNews 20 noyabr tarixində “Xaçmaz Rayon Təhsil Şöbəsi”nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir “Marriott Hotel Boulevard”da baş tutub. Xəlilova Ləman Zamiq qızı respublika turunda 1-ci yerə layiq görülüb, diplom və qiymətli hədiyyə ilə təltif edilib. O, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbin 9-cu sinif şagirdidir.

Daha öncə, ümumi təhsil müəssisələrinin 8-11-ci sinif şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsi keçirilmişdir.