Xaçmazda şəhidlərin xatirəsinə bulaq inşa edilib. Bu barədə 20 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhid Vahid Baxşiyevin ildönümündə istifadəyə verilən bulaq Bayoba kəndində yerləşir. Həmçinin, kəndin girişində şəhidin adına lövhə qoyulub. Burada şəhidin yazdığı şeirlər əks olunub.

Baxşiyev 17 may 1999-cu ildə anadan olmuşdur. O, müharibəyə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi qatılıb. Vahid Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Baxşiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News