Qubanın məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” adlı tədbir baş tutub

20 Noyabr 2021, 10:52

Foto azərtac

Tədbir Alekseyevka kəndində keçirilib

Qubanın Alekseyevka kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Bu barədə ShimalNews 20 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə polis əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Burada çıxış edən şöbənin rəis müavini Vüsal Rüstəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıb.

Həmçinin o, bu ilin əvvəlindən polis əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikasını qeyd edib.

Rüstəmov gənclərə “Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin vacibliyini də bildirib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.