Qubalı gənc rejissorun filmi 12-ci “Bakı Beynəlxalq Qısa Filmlər Festivalı”nın yerli müsabiqəsində nümayiş olunacaq. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.

Rejissor Müşfiq Mirzənin “F63.2” filmi ekranlaşacaq. Tədbir noyabrın 20-si, saat 16:00-da “Nizami Kino Mərkəzi”ndə (Zal 2) keçiriləcək. Daha sonra “Qızıl Nar” uğrunda yarışda iştirak edəcək.

Müşfiq ilk təcrübəsini “Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyası”nda alıb. “Azərbaycan Dillər Universiteti”ndə alman dili üzrə bakalavr təhsili alıb. Eyni zamanda “ARB TV”də yayımlanan “Ömrün Fəsilləri” adlı layihədə fotoqraf kimi fəaliyyət göstərib. Onun çəkdiyi “52-Hertz” qısametrajlı filmi xarici festivalda 7 nominasiya üzrə yüksək yerlər tutub.