Qubalı leytenantın ildönümü qeyd olunacaq. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.

Noyabrın 21-i saat 11:00-da, Zərdabi qəsəbəsində Səttər Piriyevin il mərasimi baş tutacaq. İlk olaraq onun məzarı ziyarət olunacaq. Daha sonra yaşadığı evdə ehsan süfrəsi açılacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.

23 yaşlı leytenant Piriyev Xocavənd döyüşləri zamanı “Qızılqaya” və “Üçtəpə” adlandırılan ərazilər istiqamətində gedən döyüşlərdə şəhid olub. O, həmçinin Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.