Qubada saat 10:00-da şəhidlər bulaq-abidənin açılışı baş tutacaq. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.
Tədbir Alpan kəndində keçiriləcək. Burada 20 nəfər 1-ci Qarabağ müharibəsi və 3 nəfər Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdiriləcək.
Hal-hazırda sakinlərin toplaşması davam edir. Səsləndirmə avadanlıqları quraşdırılıb. Hərbiçilər artıq mövqelərində durublar.