Qubada daha bir məktəb ümumi orta məktəb kimi fəaliyyət göstərəcək. Bu barədə ShimalNews 20 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbin tipi dəyişdirilib. Cari dərs ilinin ikinci yarısından etibarən Yalavanc kəndində fəaliyyət göstərən ibtidai məktəb ümumi orta məktəb kimi çalışacaq.

Qeyd edək ki, son 3 ildə Quba rayonunda 5 məktəbin tipi ümumi orta məktəbdən tam orta məktəbə, 2 məktəbin tipi isə ibtidai məktəbdən ümumi orta məktəbə çevrilib.