Qubada və Xudatda zəlzələ olub. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, saat 16:50 radələrində güclü silkələmə hiss olunub.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, maqnituda 5 bal təşkil edib.

Daha öncə, 1 oktyabr tarixində Qubada zəlzələ baş verdiyi haqqında məlumat vermişdik.