Qubada “Naməlum türk əsgərinin məzarı” abidəsinin açılışı olub. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.
Tədbir Susay kəndində baş tutub. Burada İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri və Türkiyədən təklif buyuran qonaqlar iştirak ediblər. Həmçinin televiziya kanalları tərəfindən çəkilişlər aparılıb. Sonda ağacəkmə aksiyası keçirilib.
1918-ci ildə Azərbaycan dövlətçiliyinin qurulması uğrunda türk əsgərləri və zabitləri döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalmışdılar.
