Quba Heydər Əliyev Mərkəzində ekskursiya keçirilib. Ekskursiyada 4 saylı Humanitar Fənlər Təmayüllü Məktəb – Liseyinin müəllim və şagirdləri iştirak ediblər. Bu barədə ShimalNews 20 noyabr tarixində Mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

Burada qonaqlara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi barədə ətraflı məlumat verilib.

Sonda iştirakçılar Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev – xatirələrdə” filmini izləyiblər.