Qubada müəllim kimya dərslərini fərqli formada keçirir. Bu barədə ShimalNews 20 noyabr tarixində Alpan tam orta məktəbin Facebook səhifəsinə istinadən məlumat verir.

E.Bayramov adına məktəbdə Seymur müəllim dərslərə yaradıcı yanaşıb. Belə ki, hər bir şagird özünə kimyəvi elementin adını qoyub və bütün xüsusiyyətlərini öyrənib. Onlar sıra ilə həmin elementlər barəsində məlumat verirlər.

Bu cür dərslərin təşkili şagirdlərin marağına səbəb olur.