Xaçmazda şair – qəzəlxan Rafail Həsənovun (Agah Xaçmazlı) kitabı təqdim olunacaq. Bu barədə 20 noyabr tarixində məlum olub.

“Qurtarın bu sözün əlindən məni” adlı 3-cü kitabı təqdim ediləcək. Tədbir noyabrın 21-i, saat 11:00-da “Mərkəzi kitabxana”nın oxu zalında baş tutacaq.

Agah Xaçmazlı 1981-ci ildə Xaçmazın Dədəli kəndində anadan olub. O, “Gülüstan”, “Ulduzlar”, “Zərif beytlər”, “Bölgələrdən səslər” və bir çox şeir və qəzəllərin müəllifidir.