Xaçmaz: hərbi qulluqçulara medallarının təqdim edilməsi mərasimi baş tutub

19 Noyabr 2021, 16:13

Foto Xaçmaz Rayon İcra Hakimiyyətinin facebook səhifəsindən

Burada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edib

Xaçmazda bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib. Bu barədə ShimalNews 19 noyabr tarixində trend.az-a istinadən məlumat verir.

Tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunmasından başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında Vətən müharibəsində igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. O bildirib ki, bu qələbənin qazanılmasına görə şəhidlərimizə, qazilərimizə, ümumilikdə Azərbaycan Ordusuna borcluyuq.

Sonda Rzayev şəhid anaları ilə birgə Vətən Müharibəsi iştirakçılarına təltif olunduqları medalları təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.