Xaçmaz gəncləri KOB-nin (Kiçik və Orta biznesin inkişafı Agentliyi) Evinə səfər ediblər. Bu barədə ShimalNews 19 noyabr tarixində Xaçmaz gəncləri İnstagram səhifəsinə istinadən məlumat verir.

“Təcrübə üçün səfər et” adlı layihə çərçivəsində gənclər KOB Evi ilə tanış olublar. İlk öncə agentliyin direktoru Polad Seyfəddinov iştirakçılara qurumun fəaliyyəti haqqında ümumi məlumatlar verib. Həmçinin, burada fəaliyyət göstərən dövlət qurumlarının iş prinsipi ətraflı izah olunub.

Daha sonra gənclərimiz KOB İnkişaf Mərkəzi ilə tanış olublar. Səfərin sonunda Gənclərin İnkişaf və Karyera Mərkəzi Xaçmaz nümayəndəliyi ilə Xaçmaz KOB Evi arasında əməkdaşlıq müzakirə edilib. Birgə təlimlərin keçirilməsi planlaşdırılıb.