Qusar rayonu İcra Hakimiyyətində “Vətən Müharibəsi Qəhrəmanı” mayoru ilə görüş keçirilib. Bu barədə ShimalNews 19 noyabr tarixində Qusar rayon İcra Hakimiyyətinin səhifəsinə istinadən məlumat verir.
Renat Şıxnəbiyev nümayiş etdirdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bu münasibət ilə İcra Hakimiyyətinin başçısı Şair Alxasov onu təbrik edib. Burada iştirak edən hüquq mühafizə orqanlarının əməkdaşları da Şıxnəbiyevi təbrik edərək ona gələcək xidmətlərində uğurlar arzu ediblər. Renat ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
Renat 31 dekabr 1990-cı il Qusar rayonunun Balaqusar kəndində anadan olmuşdur. O, “95 illik yubiley” medalı, “100 illik yubiley” medal, “igidliyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Şuşanın, Füzulinin və Xocavəndin azad olunması” medalları ilə, eləcə də ən yüksək ali mükafat olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmuşdur.