Qubalı gənc ölkə xaricində uğur qazanıb. Bu barədə ShimalNews 19 noyabr tarixində Quba Facebook səhifəsinə istinadən məlumat verir.
Tural Bədirxanlı 21 yanvar 1986-cı ildə Qubada müəllim ailəsində doğulub. İlk təhsilini şəhərin 3 saylı tam orta məktəbdə alıb. Sonra Quba Özəl Türk Liseyində oxuyub. Tural 11 sinfi bitirəndən sonra Türkiyənin Boğaziçi universitetinin fizika fakültəsinə qəbul olub, lakin 2-ci kursda oxuyarkən sənədlərini Masaçusets Texnologiya İnstitutuna verib və təhsilini orada davam edib. Daha sonra Tural magistratura pilləsi üzrə təhsil alıb.
O, 2002-ci ildə İndoneziyada keçirilən 33-cü Fizika olimpiadasında iştirak edib. 3 qızıl medaldan birini Azərbaycan komandasının hesabına məhz Tural qazandırıb.
Bədirxanlı komandası ilə hazırladığı layihəni Twitter şirkətinə satıb. Həmçinin o, 2 ilə yaxın “Google” şirkəti ilə əməkdaşlıq edib.
Hazırda o, yeni şirkətin proyekti üzərində çalışır.