Qubada Yusif Qasımov küçəsində bir neçə ev işıqsız qalıb. Bu barədə 19 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Çürümüş ağacın elektrik xətlərinin üzərinə aşması nəticəsində küçənin bəzi evlərində işıq kəsilib. Hadisə saat 16:20 radələrində baş verib.

Hal-hazırda ərazidə “Azərişıq” ASC-nin əməkdaşları çalışırlar və işığın verilməsi tədricən bərpa olunur.

Hadisə nəticəsində xəsarət alan olmayıb.