Qubanın Nügədi kəndinin yeni yaşayış massivi mavi yanacaqla təmin olunub. Bu barədə ShimalNews 19 noyabr tarixində Azəriqaz İB-nin Facebook səhifəsinə istinadən məlumat verir.
Sonradan salınan yaşayış məhəlləsinin sakinləri “Azəriqaz” İB-nə təbii qazın olmaması ilə bağlı müraciət ediblər. Sakinlər birliyin baş direktoru Ruslan Əliyevin qəbulunda olarkən, burada qazın olmadığı bildiriblər.
Əliyevin verdiyi tapşırığa əsasən, həmin küçəyə yeni qaz xətləri çəkilərək, qaztənzimləyici quraşdırılıb və mövcud təchizat şəbəkəsinə birləşdirilib.
8 fərdi yaşayış evi olan massivin qazlaşdırılması üçün küçəyə diametri 57 mm olan boru ilə 230 metr uzunluğunda qaz xətti çəkilib.
