Quba-Xaçmaz yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Hadisə həmin yolun Alekseyevka kəndi ərazisində dünən saat 17:45 radələrində qeydə alınıb. Qırmızı və ağ rənglərdə olan “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Daha öncə, Qubanın Alekseyevka kəndində baş verən yol qəzası haqda məlumat vermişdik.