Qubada D.Cavadov adına ümumi orta məktəbdə sərgi keçirilib. Bu barədə ShimalNews 19 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Sərgi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2019-ci illər üçün Dövlət Proqramı” çərçivəsində baş tutub.
Qələdüz kəndində yerləşən məktəbin şagirdləri xalçaçılıq və toxuculuqla bağlı əl işlərini nümayiş etdiriblər.