Qubanın Fətəlixan küçəsində kanalizasiya suları axır. Bu barədə ShimalNews-a 19 noyabr tarixində məlumat daxil olub.
Bu hal Azərbaycan Dövlət Pedaqoji Universitetin yaxınlığında müşahidə olunur. Məlumata əsasən, ən çox istifadə olunan yolda bu hal tələbələrin hərəkət etmələrində çətinlik yaradır. Burada kanalizasiya dolub və küçəyə yayılır. Artıq 3 gündür ki, bu vəziyyət davam edir.