Bunun üçün sənədlər EKTİS-də bəyan olunmalıdır
Şimal bölgəsinin fermerləri payızlıq əkinlərlə bağlı subsidiya üçün müraciət edə bilərlər. Bu barədə 19 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Bunun üçün sənədləri 30 dekabr 2021-ci il tarixinədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçirməklə bəyanlar verilməlidir.
Qeyd olunan tarixdən sonra heç bir sənəd qəbul edilməyəcək. Həmçinin, torpağın alqı-satqı müqaviləsindən 2 il keçdikdən sonra yalnız çıxarış ilə müraciət etmək mümkündür.