Xaçmazda köhnə işıq dirəkləri sökülür

18 Noyabr 2021, 17:10

Photo Shimal.News

Proses bir neçə gün çəkəcək

Xaçmaz şəhərində köhnə işıqlandırma sistemləri demontaj olunur. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin Nəriman Nərimanov küçəsində köhnə işıq dirəkləri çıxarırlır. Əraziyə çox sayda texnika və işçi heyəti cəlb olunub. İşçilərin sözlərinə görə, işlər 2-3 gün davam edəcək.

Nəqliyyat vasitələri müvəqqəti olaraq bir zolaqla hərəkət edirlər.

Daha öncə, Xaçmazda yeni işıq dirəklərinin quraşdırılma prosesi haqqında məlumat vermişdik.

Photo Shimal.News

Photo Shimal.News

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.