Xaçmazda 17 yaşlı gənc itkin düşüb. Bu barədə ShimalNews 18 noyabr tarixində Apa-ya istinadən xəbər verir.

2 aydır itkin düşən Xaçmaz rayon sakini Famil Əşrəfov 19 sentyabr yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdır. Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman gödəkçəsi və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.