Xaçmaz: qadın yaşadığı evdə dəm qazından boğulub

18 Noyabr 2021, 14:35

Depositphoto

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb

Xaçmazda qadın yaşadığı evdə dəm qazından boğulub. Bu barədə ShimalNews 18 noyabr tarixində Report-a istinadən məlumat verir.

57 yaşlı Nəsibə Həmidova hamam otağında boğulub. Uzun müddət orada qaldığını və səssiz olduğunu görən yaxınları hamamın qapısını qıraraq içəri giriblər.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Ona ilkin yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Meyit məhkəmə-tibbi ekspertiza tərəfindən müayinə olunub və onun dəm qazından öldüyü təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.