Xaçmaz bələdiyyəsi açıq vakansiyalar elan edib. Bu barədə 18 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Yerli vergi və ödənişlər üzrə boş olan vəzifələrə işçi qəbuluna müsabiqə elan edilib:

  • Baş yerli vergi agenti (müfəttiş) – 2 yer
  • Yerli vergi agenti (müfəttiş) – 4 yer

Tələblər

Dövlət və bələdiyyə idarəetməsi və vergi xidməti üzrə müvafiq ixtisaslı ali və orta təhsil

  • Bələdiyyə qulluğu və vergi xidməti orqanlarında iş təcrübəsi
  • Müddətli əmək müqaviləsi ilə 5 ili tamam olmuş orta təhsil

Sənədlərin qəbulu

  • Vahid forma üzrə ərizə
  • Kadrlar uçotunun şəxsi vərəqəsi
  • Tərcümeyi hal
  • Təhsil haqqında sənədin (diplomun) surəti
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Əmək kitabçası (təstiq edilmiş surəti). İlk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla
  • Sağlamlıq haqqında arayış
  • Hərbi bilet (təstiq edilmiş surəti). Möhlət hüququ və ya azad edilmiş halda müvafiq arayış
  • 3×4 ölçüdə 2 ədəd şəkil

Sənədlər Xaçmaz bələdiyyəsində qəbul edilir. Əlavə sual yarandıqda, müəssisəyə yaxınlaşmaq olar.

Ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti 34.
Əlaqə üçün nömrə: 023 32 5 33 04